...

Bakı metrosunda qatarların gecikmə SƏBƏBİ bilindi

Cəmiyyət Materials 20 Fevral 2020 10:30 (UTC +04:00)
Bakı metrosunda qatarların hərəkətində yenidən problem yaranıb.
Bakı metrosunda qatarların gecikmə SƏBƏBİ bilindi

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda qatarların hərəkətində yenidən problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hətəkət edən qatarların intervalında gecikmə baş verib:

"Yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub. Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun “Elmlər Akademiyası”, “Koroğlu”, “Nəriman Nərimanov” stansiyalarında bir neçə dəqiqəyə yaxın gecikmələr olub. Gecikmələr stansiyalardan asılı olaraq 5 və 8 dəqiqə olub. Buna səbəb isə qatarlarda hər hansı texniki problem deyil, sərnişin sıxlığı olub. Bildiyiniz kimi, tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti