...

Rəhim Qazıyevi döyən keçmiş kürəkəni saxlanıldı

Cəmiyyət Materials 20 Fevral 2020 14:48 (UTC +04:00)
Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanılıb.
Rəhim Qazıyevi döyən keçmiş kürəkəni saxlanıldı

Bakı. Samir Əli - Trend:

Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Trend-ə bildirib ki, fevralın 19-da Rəhim Qazıyev keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən Yasamal rayonu ərazisində döyülüb.

E. Zahidov qeyd edib ki, hadisə yerinə yollanan polis əməkdaşları Ramil Əzizov saxlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti