...

Fermadan xırdabuynuzlu heyvan oğurlanıb

Hadisə Materials 6 Mart 2020 09:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Fermadan xırdabuynuzlu heyvan oğurlanıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Xoylu kənd sakini Abbas Səfərov ona məxsus, ümumi dəyəri 960 manat olan, 6 baş xırdabuynuzlu heyvanın kənd ərazisindəki fermasından oğurlandığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 2 mart 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları fermadan Goranboy rayon Şadılı kənd sakinləri, 28 yaşlı Fərid Cəfərov və 25 yaşlı Telman İsgəndərov oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti