...

Ağdamda ev yanıb

Hadisə Materials 6 Mart 2020 20:49 (UTC +04:00)
Ağdam rayonunun Aşağı Yüzbaşılı kəndində tikintisi başa çatmayan, birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Ağdamda ev yanıb

Bakı. Trend:

Ağdam rayonunun Aşağı Yüzbaşılı kəndində ümumi sahəsi 143 m² olan tikintisi başa çatmayan, birmərtəbəli evin yanar konstruksiyaları 81 m² sahədə və dam örtüyü yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti