...

Xəzər rayonunda yol qəzası - 14 yaşlı velosipedçi öldü

Hadisə Materials 28 Aprel 2020 12:33 (UTC +04:00)
Xəzər rayonunda yol qəzası - 14 yaşlı velosipedçi öldü

Bakı. Samir Əli - Trend:

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 27-də saat 15 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Rzayev idarə etdiyi “MAZ” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi, 14 yaşlı Bəşir Cəlalovu vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti