...

Meksikada güclü meşə yanğınının söndürülməsinə yüzlərlə işçi cəlb edilib

Hadisə Materials 21 Mart 2021 00:45 (UTC +04:00)
Meksikada güclü meşə yanğınının söndürülməsinə yüzlərlə işçi cəlb edilib

Bakı. Trend:

Meksika səlahiyyətliləri şimal ştatları Koauila və Nuevo-Leon sərhədindəki güclü meşə yanğınını söndürülməsi üçün təxminən 800 Meşə təsərrüfatı üzrə milli komissiyası işçisini və hərbçiləri cəlb edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Televisa" telekanalı məlumat verib.

Yanğına qarşı mübarizə dəniz səviyyəsindən 2,5 km-dən çox yüksəklikdə çətin şəraitdə davam edir. Təxmini qiymətləndirməyə görə, beş gün əvvəl başlayan yanğın Koauiladaki 3.8 min hektardan çox meşəni artıq məhv edib. Bildirilir ki, vəziyyəti nəzarətə götürmək hələ mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti