...

Bakıda ağac yanıb (VİDEO)

Hadisə Materials 19 May 2021 11:23 (UTC +04:00)
Bakıda ağac yanıb (VİDEO)

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində ağaclıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində 1 ədəd şam ağacı və 20 kv.m sahədə quru ot yanıb.

Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti