...

Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi - RƏSMİ

Hadisə Materials 20 May 2021 14:52 (UTC +04:00)
Bakıda polis sevgilisini öldürüb intihara cəhd etdi - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti