...

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Hadisə Materials 22 May 2021 12:03 (UTC +04:00)
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən gün əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti