...

Bakıda avtomobil divara çırpılıb, ölən var

Hadisə Materials 25 May 2021 08:37 (UTC +04:00)
Bakıda avtomobil divara çırpılıb, ölən var

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı minik avtomobili divara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Vahidov Elşad Nizami oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti