...

Binəqədidəki qətl hadisəsinin istintaqı yekunlaşıb

Hadisə Materials 27 May 2021 16:33 (UTC +04:00)
Binəqədidəki qətl hadisəsinin istintaqı yekunlaşıb

Bakı. Samir Əli - Trend:

14 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində Mirvaqif Məmmədzadənin bıçaqlanraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Binəqədi rayon prokurorluğunda istintaq aparılıb.

Binəqədi rayon prokurorluğundan Trend-ə bildirilib ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Mirvaqif Məmmədzadəni nənəsinin gözləri qarşısında qəsdən öldürüb.

Mirhəbib Məmmədzadə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti