...

Keçmiş həyat yoldaşını öldürmək istəyən Masallı sakini həbs edilib

Hadisə Materials 3 İyun 2021 16:03 (UTC +04:00)
Keçmiş həyat yoldaşını öldürmək istəyən Masallı sakini həbs edilib

Bakı. Samir Əli - Trend:

19 fevral 2021-ci il tarixdə Masallı rayon sakini Firuzə Məmmədovaya bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Masallı rayon prokurorluğundan Trend-ə bildirilib ki, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin keçmiş əri Qəyyum Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Firuzə Məmmədovanı qəsdən öldürməyə cəhd edib.

Qəyyum Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti