...

Prokurorluq Bakıda şirkət işçisinin intiharı ilə bağlı araşdırmalara başladı

Hadisə Materials 24 İyun 2021 10:36 (UTC +04:00)
Prokurorluq Bakıda şirkət işçisinin intiharı ilə bağlı araşdırmalara başladı

Bakı. Samir Əli - Trend:

Bakıda baş verən intihar hadisəsilə bağlı araşdırmalara başlanıb.

Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti