...

Bakıda iki marşrut avtobusu toqquşdu, 7 nəfər xəsarət aldı (FOTO)

Hadisə Materials 24 İyun 2021 15:42 (UTC +04:00)
Bakıda iki marşrut avtobusu toqquşdu, 7 nəfər xəsarət aldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda sərnişin avtobusları toqquşub.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlar da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti