...

Nəsimidə evdə baş verən yanğın söndürülüb (VİDEO)

Hadisə Materials 7 Avqust 2021 17:16 (UTC +04:00)
Nəsimidə evdə baş verən yanğın söndürülüb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, fərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti