...

Nərimanov rayonunda narkotik alverçiləri saxlanılıb (FOTO)

Hadisə Materials 9 Avqust 2021 12:39 (UTC +04:00)
Nərimanov rayonunda narkotik alverçiləri saxlanılıb (FOTO)

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Niyaz Hüseynov və Mahir Hümbətov tutulublar. Niyaz Hüseynov üzərindən hazır bükümlər şəkildə satış üçün qablaşdırdığı və onlayn yolla əldə etdiyi 13 qrama yaxın heroin, 9 qram metamfetamin və 7 ədəd psixotrop tərkibli satışı qadağan edilən preqabalin həbi aşkar edilib.

Mahir Hümbətovun üzərinə baxış keçirilən zaman ondan da psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Niyaz Hüseynov və Mahir Hümbətov tutularaq istintaqa cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti