...

Şirvanda metamfetamin satan şəxs saxlanılıb

Hadisə Materials 16 Avqust 2021 13:56 (UTC +04:00)
Şirvanda metamfetamin satan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Şirvanda metamfetamin satan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini, 45 yaşlı Fəxrəddin Mirzəyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Twitter: @GuleliyevSamir

Xəbər lenti

Xəbər lenti