...

Ötən gün 21 toy məclisində monitorinq keçirilib, 3 nəfər cərimə olunub

Hadisə Materials 18 Avqust 2021 09:10 (UTC +04:00)
Ötən gün 21 toy məclisində monitorinq keçirilib, 3 nəfər cərimə olunub

Bakı. Samir Əli - Trend:

Avqustun 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 21 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 64 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti