...

Mərakeşin şimalında meşə yanğını nəzarət altına alınıb

Hadisə Materials 19 Avqust 2021 03:52 (UTC +04:00)
Mərakeşin şimalında meşə yanğını nəzarət altına alınıb

Bakı. Trend:

Avqustun 14-dən bəri təxminən 1,1 min hektar ağac və digər bitki örtüyünü məhv edən Mərakeşin şimalında baş verən böyük ərazidəki meşə yanğını nəzarət altına alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Meşələrdə iqlim risklərinin idarə edilməsi milli mərkəzinin rəhbəri Fuad Assali bildirib.

Onun sözlərinə görə, yanğnlarla mübarizə üçün təxminən 520 nəfər səfərbər edilib. ŞefŞauen əyalətində Mərakeş səlahiyyətliləri bir neçə gün ərzində Kral Hərbi Hava Qüvvələrinin dörd və Kral Jandarmeriyasının dörd təyyarəsindən istifadə etdilər.

Yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti