...

Şamaxıda ev yanıb

Hadisə Materials 24 Avqust 2021 09:29 (UTC +04:00)
Şamaxıda ev yanıb

Bakı. Trend:

Şamaxı rayonunun Qaravəlli kəndində ümumi sahəsi 200 kv.m olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti