...

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Hadisə Materials 26 Avqust 2021 16:25 (UTC +04:00)
Qanunsuz ov edən şəxs cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Kiçik körfəz” adlanan ərazisində ov edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Əliyev Hakim olduğu məlum olub.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti