...

FHN Qızılağac Milli Parkındakı yanğınla bağlı məlumat yaydı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 27 Avqust 2021 15:48 (UTC +04:00)
FHN Qızılağac Milli Parkındakı yanğınla bağlı məlumat yaydı (ƏLAVƏ OLUNUB)

Bakı. Çingiz Səfərli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 10 ha sahədə kol-kos yanır.

***
15:30

Qızılağac Milli Parkında, Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti