...

Polis maşın və samovar oğurlayan şəxsləri saxlayıb (FOTO)

Hadisə Materials 27 Avqust 2021 16:40 (UTC +04:00)
Polis maşın və samovar oğurlayan şəxsləri saxlayıb (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edən bir nəfər Xudat şəhər sakini avqustun 26-da ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Trend-ə bildirdiyinə görə, daxil olmuş müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su matorları, elektrik naqilləri (kabel), mis məftillər oğurlladıqları müəyyən edilib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti