...

Qanunsuz ova cəhd edən şəxs cəzalandırılıb

Hadisə Materials 30 Avqust 2021 14:46 (UTC +04:00)
Qanunsuz ova cəhd edən şəxs cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Xəlil Yusubov olduğu məlum olub.

“Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti