...

Rusiyada şaxtada baş verən qəza nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb

Hadisə Materials 26 Noyabr 2021 06:53 (UTC +04:00)
Rusiyada şaxtada baş verən qəza nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb

Bakı. Trend:

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə təcilli yardım xidmətlərindən bildiriblər.

Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatında iştirak edən mədən xilasediciləri də daxil olmaqla, ümumilikdə 57 nəfər xəsarət alıb.

Qəza faktı ilə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsi üzrə ("Ehtiyatsızlıqdan bir insanın ölümünə səbəb olan təhlükəli istehsal obyektləri üçün sənaye təhlükəsizliyi tələblərinin pozulması") cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti