...

Cəbrayılda metal daşıyan şəxslər həbs edilib (FOTO)

Hadisə Materials 10 Dekabr 2021 09:58 (UTC +04:00)
Cəbrayılda metal daşıyan şəxslər həbs edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda “Shacman” markalı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilib. Nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.

Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar. Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti