...

Ağcabədidə həyat yoldaşı və qayınatasını bıçaqlayan şəxs tutulub

Hadisə Materials 10 Dekabr 2021 10:18 (UTC +04:00)
Ağcabədidə həyat yoldaşı və qayınatasını bıçaqlayan şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Dekabrın 9-u saat 14 radələrində Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayan 1984-cü il təvəllüdlü Aynurə Cəfərovaya və atası 1958-ci il təvəllüdlü Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü İlhamiz Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və sonuncunun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti