...

Hacıqabulda iki yük avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb

Hadisə Materials 11 Dekabr 2021 09:09 (UTC +04:00)
Hacıqabulda iki yük avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb

Bakı. Trend:

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə rayon ərazisində “KamAZ" və “Mercedes” markalı iki yük avtomobili toqquşması haqqında məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “KamAZ”dan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti