...

Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb (VIDEO)

Hadisə Materials 11 Dekabr 2021 17:22 (UTC +04:00)
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb (VIDEO)

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Balaxan Qəhrəmanovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti