...

Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb (FOTO)

Hadisə Materials 14 Dekabr 2021 08:55 (UTC +04:00)
Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb (FOTO)

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Famil Əsədovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti