...

Zaqatala sakinindən odlu silah götürülüb (FOTO)

Hadisə Materials 14 Dekabr 2021 15:49 (UTC +04:00)
Zaqatala sakinindən odlu silah götürülüb (FOTO)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Abdulla Durmuşovdan müvafiq sənədləri olmayan “İJ” markalı qoşalülə ov tüfəngi götürülüb.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti