...

Koronavirus xəstəsi yaşayış yerini tərk etdi, qonşu rayonda aşkarlandı

Hadisə Materials 16 Dekabr 2021 10:52 (UTC +04:00)
Koronavirus xəstəsi yaşayış yerini tərk etdi, qonşu rayonda aşkarlandı

Bakı. Fərid Zöhrabov - Trend:

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etmiş Yardımlı sakini olan aktiv koronavirus xəstəsi aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Yardımlı rayon sakini E.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk edərək Masallı rayonuna gəldiyi müəyyən edilib. E.Quliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti