...

Agentlik rəsmisi Xınalığa çəkilən yeni yolun çökməsinə aydınlıq gətirib

Hadisə Materials 17 Dekabr 2021 19:38 (UTC +04:00)
Agentlik rəsmisi Xınalığa çəkilən yeni yolun çökməsinə aydınlıq gətirib

Bakı. Fərid Zöhrabov - Trend:

Qubada torpaq sürüşməsi Quba-Susay-Xınalıq avtomobil yolunun çökməsi ilə nəticələnib.

Torpaq sürüşməsi yeni çəkilməkdə olan Quba-Xınalıq yolunun Qrız kəndi yaxınlığındakı ərazidə baş verib. Bu ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Vətəndaşlar hansı yoldan istifadə etməlidir?

Bununla bağlı Trend-in sualını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli cavablandırıb.

O bildirib ki, sürüşmə ərazisindən keçən yolda tikinti aparılır.

"Vətəndaşlardan xahiş edirik ki, mövcud Quba-Qəçrəş-Xınalıq yolundan istifadə etsinlər. Çünki digər yol tikinti altında olduğundan təhlükəlidir. Hələ o yolda tikinti işləri davam edir. İnsanların öz təhlükəsizliyi naminə tikintisi yekunlaşmayan yoldan istifadə etməsi məqbul sayılmır", - deyə qurum rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti