...

Bakıda mənzildən 50 min manat oğurlandı

Hadisə Materials 18 Dekabr 2021 12:20 (UTC +04:00)
Bakıda mənzildən 50 min manat oğurlandı

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindəki evlərin birindən cari il noyabr ayının 15-dən dekabrın 14-dək olan müddətdə 50.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Kazımov və Tərtər rayon sakini R.Ağazadə müəyyən edilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti