...

Bığ üstündə tanışını qətlə yetirən şəxsə hökm oxundu

Hadisə Materials 21 Dekabr 2021 12:01 (UTC +04:00)
Bığ üstündə tanışını qətlə yetirən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkməsində paytaxtda tanışını bıçaqlayan Aleksandır Labutovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Labutov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu ilin iyulunda Bakının Zığ qəsəbəsində baş verib. Aleksandır Labutov tanışı Müslüm Qurbanovla birlikdə aptekdən aldıqları 96 faizlik tibbi spirtə su qataraq içiblər. Sərxoş hala düşdükdən sonra Müslüm Qurbanov A.Labutova bığ saxlamasını irad bildirib və qırxmasını tələb edib. Buna etiraz edən Labutov dostunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan M.Qurbanovun həyatını xilas etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti