...

Zərdabda qanunsuz ov edən şəxs saxlanılıb

Hadisə Materials 29 Dekabr 2021 11:03 (UTC +04:00)
Zərdabda qanunsuz ov edən şəxs saxlanılıb

Bakı. Trend:

Zərdabda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bəyimli kəndində qanunsuz ov edən rayon sakini Səyyab İsrafilov saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti