Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin mühərrik hissəsində qismən elektrik avadanlıqları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.