...

Goranboyda qanunsuz silahlar polisə təhvil verilib (FOTO)

Hadisə Materials 5 Yanvar 2022 09:52 (UTC +04:00)
Goranboyda qanunsuz silahlar polisə təhvil verilib (FOTO)

Bakı. Trend:

Goranboyda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon sakinləri ilə gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını almaq məqsədi ilə apardıqları profilaktiki tədbirlər nəticəsində rayonun Qızılhacılı qəsəbəsi, Borsunlu, Zeyvə və Sarovlu kənd sakinləri müvafiq sənədləri olmayan müxtəlif markalı və kalibirli ov silahlarını təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti