...

Beyləqan və Gədəbəydə birmərtəbəli ev yanıb

Hadisə Materials 8 Yanvar 2022 08:53 (UTC +04:00)
Beyləqan və Gədəbəydə birmərtəbəli ev yanıb

Bakı. Trend:

Beyləqan rayonunun Kəbirli kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Gədəbəy rayonunun Xarxar kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti