...

Bakıda avtobus minik maşını ilə toqquşub

Hadisə Materials 11 Yanvar 2022 21:32 (UTC +04:00)
Bakıda avtobus minik maşını ilə toqquşub

Bakı. Samir Əli - Trend:

Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçesində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildiriblər ki, daşıyıcının verdiyi məlumata görə hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti