...

Qəbələdə ev yanıb

Hadisə Materials 8 Fevral 2022 09:48 (UTC +04:00)
Qəbələdə ev yanıb

Bakı. Trend:

Qəbələ şəhərində ümumi sahəsi 143 kv.m olan ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, ev əşyaları 100 kv.m sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti