...

Bakıda keçmiş məhkum silahla yaxalandı

Hadisə Materials 11 Fevral 2022 10:30 (UTC +04:00)
Bakıda keçmiş məhkum silahla yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbrahimovdan nömrəsi silinmiş “TT” markalı tapança götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti