Bakı. Trend:
Portuqaliyada yaşayış binasında baş verən yanğın və ardınca partlayış nəticəsində azı 5 nəfər ağır xəsarət alıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın Viseu dairəsinin Kanas de Senorin yaşayış məntəqəsində baş verib.
Xəsarət alanlar Milli Qvardiyanın əməkdaşları və partlayış baş verən zaman yanğını söndürməyə çalışan yanğınsöndürənlərdir.
Hazərda hadisə yerində 70-dən artıq xilasedici və yanğınsödürənlər fəaliyyət göstərir. Yanğının səbəbləri barədə məlumat verilmir.