...

Tərtərdə evdən 50 min manatdan artıq oğurluq edilib

Hadisə Materials 21 Fevral 2022 16:02 (UTC +04:00)
Tərtərdə evdən 50 min manatdan artıq oğurluq edilib

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda mənzildən külli miqdarda oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 15 000 ABŞ dolları, 10 000 manat pulunun və 20 000 manat dəyərində isə qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Müraciət əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həytaı yaşamış Vüqar Baxşəliyev saxlanılıb. Həmin şəxsdən oğurladığı pulun bir qismi, oğurluq zamanı istifadə etdiyi 3 ədəd mobil telefon, maska, əlcək və papaq maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə V.Baxşəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti