...

Goranboyda qaydaları pozan 40 sürücü cərimələnib (FOTO)

Hadisə Materials 8 Mart 2022 12:01 (UTC +04:00)
Goranboyda qaydaları pozan 40 sürücü cərimələnib (FOTO)

Bakı. Trend:

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Ümumilikdə 40 sürücü barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti