...

Qəzaya uğrayan avtomobillərdə sıxılı qalmış 4 nəfər xilas edilib (VİDEO)

Hadisə Materials 17 Mart 2022 10:21 (UTC +04:00)
Qəzaya uğrayan avtomobillərdə sıxılı qalmış 4 nəfər xilas edilib (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər, o cümlədən Bakı şəhərinin Suraxanı və Nərimanov rayonlarında baş vermiş avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 4 nəfər və Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd edən 1 nəfər xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti