...

Cəlilabadda su basmış evdə köməksiz qalan ahıl şəxsləri polis belə xilas etdi (VİDEO)

Hadisə Materials 19 Mart 2022 12:43 (UTC +04:00)
Cəlilabadda su basmış evdə köməksiz qalan ahıl şəxsləri polis belə xilas etdi (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda su basmış evdə köməksiz qalan ahıl yaşlı şəxslər polis tərəfindən xilas edilib.

Trend xəbər verir ki, martın 19-də yağan güclü yağışlar nəticəsində Cəlilabad rayonunun Göytəpə şəhəri Sabir küçəsi ərazisində çökək ərazidə yerləşən evlərdən birini su basıb.

Həmin ünvanda yaşayan ahıl yaşlı kişi və qadın köməksiz vəziyyətdə qalıblar. Dərhal əraziyə yaxınlaşan Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər su basmış evdən çıxarılaraq təhlükəsiz əraziyə aparılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti