...

Cəlilabad polisindən narkoəməliyyat: 6 nəfər saxlanıldı

Hadisə Materials 31 Mart 2022 20:05 (UTC +04:00)
Cəlilabad polisindən narkoəməliyyat: 6 nəfər saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri P.Əsgərov, E.Bədirov, B.Şıxəliyev, S.Nəsirov, R.Fərzəliyev və R.Qasımov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti