...

Məktəbdə bıçaqlanan şagirdin son vəziyyəti açıqlanıb

Hadisə Materials 12 Aprel 2022 12:01 (UTC +04:00)
Məktəbdə bıçaqlanan şagirdin son vəziyyəti açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbində böyük tənəffüs zamanı X sinif şagirdi Əliyev Nazim Hikmət oğlu (adlar şərtidir) və IX sinif şagirdi Quliyev Nurlan İlkin oğlu (adlar şərtidir) arasında mübahisə yaranıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Siyəzən Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, dava zamanı IX sinif şagirdi X sinif şagirdinin bel nahiyəsinə bıçaqla zərbə endirib.

"Bu zaman hadisədən xəbər tutan məktəbin müəllimləri həmin yerə gələrək şagirdi təcili yardım maşını ilə Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə aparıb. Xəstəxanada yaralı şagird əməliyyat olunub.

Hazırda şagird Bakıda Kliniki Tibbi Mərkəzdədir. Bu gün ev şəraitində müalicəyə buraxılacaq. Xəsarət yetirən şagird barəsində Siyəzən Rayon Polis şöbəsində araşdırma aparılır", - deyə əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti