...

Bərdədə məcburi köçkün silahla yaxalandı

Hadisə Materials 14 Aprel 2022 12:15 (UTC +04:00)
Bərdədə məcburi köçkün silahla yaxalandı

Bakı. Trend:

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb. Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman “Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti